Bu avtomobillərdə radar və kamera var - Amma heç kimin xəbəri yoxdur - FOTO
Bir avtomobil hər il 400 min manat gəlir gətirir, və ya polisdən daha səmərəli nəzarət
Bəli, doğru rəqəmdir, amma Azərbaycanda deyil.
Fransada yol hərəkəti qaydalarına əməl edilməsinə nəzarətin bir növü də “fərdi radar avtomobil”lərdir.
Avtosfer.az xəbər verir ki, bu avtomobillərin digərindən çox da fərqi yoxdur. 2022-ci ilin əvvəlində Fransada 200-dən çox belə avtomobil vardı. Avtomobil sürətölçən radar və kameralarla təchiz edilir. Bu avtomobillərin sahibləri adi qaydada yollarda hərəkət edərək qayda pozuntularını çəkir və mərkəzə ötürür. Sürücü buna müdaxilə edə bilmir. Avtomobilin sürücüsü 1500-2000 avro maaş alır.
Avtomobillərin faydasına gəlincə, ötən il bu avtomobillər 538 000 qayda pozuntusu qeydə alıb, sürücülərə 782 000 bal yazılıb. Onlar 200 km/saatdan yuxarı sürətlə hərəkət edən 21 avtomobili qeydə alıblar. Bir halda isə rekord qeydə alınıb. 90 km/saatlıq yolda 229 km/saat sürətlə gedən lüks sedan da onların kamerasına tuş gəlib.
Maraqlı budur ki, fərdi radar avtomobilləri gündə orta hesabla 1 saat iş başında olduqda polisin 5 saata aşkar etdiyi qədər xəta aşkar edir.
Hər bir fərdi radar avtomobili ildə 210 min avro dəyərində qayda pozuntusu qeydə alır. İstismar xərci, maaş və digər xərclərdən sonra dövlərin hər avtomobildən illik xalis mənfəəti 194 000 avrodur!
Fransa polisi bu il avtomobillərin sayını 450-yə çatdırmaq niyyətindədir. Bu təqdirdə dövriyyə 120 milyon avroya çata bilər.
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










