Bu kompleksin parkinqində yer yoxdur: Sürücülər yolda parklanır - FOTO

Yaşayış komplekslərində avtomobillərin rahat parklanması üçün həm binaların həyətlərində, həm də yeraltı parkinqlər təşkil olunur. Bəzi sürücülər isə haqlı və ya haqsız səbəblərə görə avtomobilini parkinqdə saxlamayaraq yolda parklayır.
Avtosfer.az xəbər verir ki, analoji hal Moskva prospektində yerləşən “Main” yaşayış kompleksində də hökm sürür.
Belə ki, sakinlər bildirir ki, kompleksə daxil olan binaların parkinqlərində bəzən parklanma üçün yer çatışmır. Eyni zamanda yeraltı parkinq pullu olduğu üçün maddi səbəblərdən bu xidmətdən imtina edənlər olur. Nəticədə, bəzi sakinlər maşınlarını yolda saxlayır. Bu da xüsusilə səhər saatlarında başqalarının hərəkətinə maneə yaradır. Belə halın son vaxtlar yarandığı və davamlı hal aldığı bildirilir.
İzləyicilərimizdən birinin Avtosfer.az-a göndərdiyi fotolarda da 77-YE-732 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı və 99-MO-573 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobillərin sürücüləri yolda parklanaraq digər hərəkət iştirakçıları üçün manə yaratdığı əks olunub.
Ümid edirik ki, yaranmış problem tezliklə öz həllini tapacaq və bina sakinlərinin parklanma, digər nəqliyyat vasitələrinin isə yolda rahat hərəkəti təmin olunar.
Məhəbbət Tərlanoğlu
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










