Bu küçədə piyadalar bələdiyyənin həyətindən səki kimi istifadə edir - FOTO

Bura Binəqədi bələdiyyəsinin (Azadlıq prospekti 184) qarşısındakı ərazidir.
1-ci fotoda ensiz səki (solda) və səkidə maneələrin olduğu, eyni zamanda, bələdiyyənin həyəti (sağda) görünür.
İzləyicimizdən biri bu ərazidə rahat gediş-gəliş üçün bələdiyyənin həyətinin piyadaların tam istifadəsinə verilməsini təklif edib. Bunun üçün isə həyətin giriş qapısı və hasarı (2-ci foto), eləcə də həyətdəki baryer (3-cü foto) sökülməlidir. Nəticədə piyadalar bələdiyyənin həyəti ilə rahat şəkildə yola davam edə biləcəklər.
Təklifə Binəqədi bələdiyyəsində baxılıb. Bildirilib ki, sözügedən ünvanda yerləşdiyi vaxtdan indiyə qədər bələdiyyə səkidə və ya həyətdə heç bir dəyişiklik (müdaxilə) etməyib, hazırkı vəziyyət əvvəldən belə olub.
Kənar şəxslərin maşınlarının həyətə daxil olmasının qarşısını almaq üçün giriş qapısı yalnız axşam saatlarında bağlanır. Gündüz vaxtı isə piyadaların həyətdən sərbəst keçməsi üçün şərait yaradılır.
Fərid
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO















