Bu küçədə səkilər zəbt edilib – Obyekt, avtomobillər, metaldan qurulan hasar… - FOTO

Paytaxtda səkilərin zəbt olunması və piyadaların yolunun kəsilməsi halları tez-tez müşahidə olunur. Bu da vətəndaşların rahat və təhlükəsiz hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, belə vəziyyətlərdən biri də Zivər bəy Əhmədbəyov küçəsində (“Caspian Plaza”nın arxası) də hökm sürür.
Belə ki, səki üzərində tikili inşa edilib. Ondan sonra səkidə maşınlar park edilir. Daha sonra isə səkidə metaldan qurulan hasar yerləşir. Bir sözlə, yolda səki yoxdur, zəbt edilib. Bu yerdə piyadalar maşın yolu ilə hərəkət edirlər ki, bu da onlar üçün ciddi təhlükə mənbəyidir. Sakinlər bildirir ki, burada vəziyyət çoxdan belədir.
Sosial şəbəkələrdə geniş yayılan fotolarda da səkini necə zəbt olunduğu və piyadaların yolun hərəkət hissəsi ilə hərəkət etdiyi aydın əks olunub.
Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar tezliklə tədbir görəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunar.
Məhəbbət Tərlanoğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
















