Cəlilabadda iki maşın toqquşdu; dəhşətli qəzada ölən və xəsarət alanlar var - FOTOLAR

Köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabadın Alar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Biləsuvar istiqamətindən hərəkət edən “VAZ-2107” markalı minik avtomobili qarşıdan gələn “Mitsubishi” markalı maşınla toqquşub.
Çiskinli hava şəraitində baş verən qəzada “VAZ-2107”də olan sürücü və dörd sərnişin, eləcə də digər avtomobilin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qəza nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar. Digər sərnişin Biləsuvarın Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yaralılardan biri Reanimasiya şöbəsinə yerləşdirilib, birinin isə əməliyyatı davam edir. Digər üç xəstənin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı hadisə yerində ilkin araşdırmalar aparılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb.
***
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili "VAZ-2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, toqquşma nəticəsində ölən və xəsarət alanlar var. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (apa)
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











