"Chery Tiggo 7" modelinin daha güclü plagin versiyası debüt edib - FOTO
Chery şirkəti Çendu avtosalonunda Tiggo 7 krossoverinin ən güclü və bahalı versiyasını nümayiş etdirib. Texniki cəhətdən keçən ilki Tiggo 8 Plus PHEV modeli ilə unifikasiya edilmiş Chery Tiggo 7 Plus DP-i modeli Çin brendin hazırki model çeşidində ikinci plagin hibridi olub.
Plagin hibrid yenilənmiş Tiggo 7 Plus krossoverinə əsaslanır. Lakin hibrid krossover orijinal radiator barmaqlığı və digər fənərləri olan ön tərəfin özünəməxsus dizaynına malikdir. Bundan əlavə, arxa işıqlar və xırda dekor da dəyişdirilib, aerodinamika naminə isə, 18-düymlük təkər disklərində geniş millər tətbiq edilib. Hibrid əsas modeldən 13 millimetr uzundur: onun qabarit uzunluğu 4513 millimetrə çatır.
Hibrid krossoverin interyeri Tiggo 7 Plus krossoverinə bənzəsə də, əslində fərqlidir. Kəsilmiş konsolu olan ön panel, mərkəzi tunel, qapı panelləri demək olar ki, Chery Omoda 5 krossoverindəki ilə eynidir. Salonda hər biri 12,3 düym olan iki ekran, proyeksiya displeyi və Sony səs sistemi və inteqrasiya olunmuş baş dayaqları ön oturacaqlar quraşdırılıb.
Kapotun altında 156 at qüvvəsi və 220 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin “turbodördlük” quraşdırılıb, hibrid əlavəyə isə, 170 at qüvvəsi və 315 Nm fırlanma anı hasil edən dartma elektrik mühərriki və mühərrik-generator daxildir.
DHT (Dedicated Hybrid Transmission) transmissiyası isə, sırf elektrik və ya hibrid rejimində hərəkət etməyə imkan verən üç pilləli robotlaşdırılmış ötürmələr qutusudur. Sistemin maksimal hasilatı 326 at qüvvəsi və 510 Nm təşkil edir. Ötürmə - yalnız ön oxadır.
Litium-ion dartma batareyası avtomobilin altına bərkidilib və termotənzimləmə sisteminə malikdir, lakin onun parametrləri hələlik açıqlanmayıb.
Yalnız dəyişən cərəyan terminalından batareyanın 30%-dən 80%-ə qədər doldurulmasının 25 dəqiqə çəkəcəyi vəd edilir. Doldurma bağlayıcıları ön sol və arxa sağ qanadlarda yerləşir. Yanacaq çəninin qapağı isə sol arxa tərəfdədir.
Chery Tiggo 7 Plus DP-i plagin hibridi bu ilin sonuna qədər Çin bazarında satışa çıxarılacaqdır. O, qiyməti 22 600 dollardan başlayan oxşar Tiggo 8 modelindən bir qədər ucuz olacaqdır.
autograph.az