“Chevrolet” sürücüsü əlillərin yolunu kəsdi - 99-XJ-092 - FOTO

Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün paytaxt ərazisində panduslar quraşdırılıb.
Bu infrastruktur əslində böyük sosial əhəmiyyət daşıyır. Lakin bəzi sürücülərin mədəniyyəti hələ də o səviyyəyə çatmayıb ki, özlərindən başqalarını da düşünsünlər. Piyadalar və fiziki imkanları məhdud olan vətəndaşlar tərəfindən redaksiyamıza tez-tez şikayət xarakterli məktublar yazılır. Avtosfer.az xəbər verir ki, bu dəfə analoji hal ilə əlil arabasında olan xanım rastlaşıb. Belə ki, o səkidən yolun hərəkət hissəsinə keçmək istəsə də bunu edə bilməyib. Çünki “Chevrolet” markalı, 99-XJ-092 dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini “28 May” metrostansiyasının qarşısında, yolun əlillər üçün nəzərdə tutulmuş hissəsində saxlayıb.
Xatırladaq ki, yollarda təhlükəsizliyin təmin edilməsi üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar. Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı, piyadaların həyatına da böyük təhlükə yaradır.
Qeyd edək ki, yol hərəkəti haqqında qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir. Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların, fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə, quraşdırılmış panduslar qarşısında saxlamasınar.
Nərminə Əli
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR











