Dayanacaq, köşk və zibil qabı: bəs piyada haradan keçsin? - FOTO

Paytaxın bir çox küçə və prospektlərində səkilərin vəziyyəti acınacaqlı durumdadır. Sanki bu şəhərdə insanlar yaşamır? Çünki insanların nəinki rahat, bəzi yerlərdə heç narahat da hərəkət etməsi üçün minimum şərait yoxdur.
Avtosfer.az xəbər verir ki, səkiləri zəbt edən ticarət köşkləri və onun ətrafında olan obyektlər insanların hərəkətini çətinləşdirir. Sosial şəbəkələrdə paylaşılmış fotolar Səbail rayonu ərazisində yerləşən Sabir bağının qarşısında çəkilib. Səkinin bir hissəsini dayanacaq və onun yanında olan köşk zəbt edib. İnsanlar məcbur olaraq dayanacaq və köşkün arxasından təhlükəsiz şəkildə hərəkət etməyi düşünür.
Lakin burada da vəziyyət daha acınacaqlıdır. Cəmi 1 metrlik məsafənin ortasına da zibil qabı quraşdırılıb. Ən yaxşı halda özünü zibil qabına sürtərək oradan keçə bilərsən. Maraqlıdır ki, bunu düşünən və icra edənlərin özləri, yaxınları, dostları buradan keçmir? Bəlkə də yox. Çünki ən azı bu barədə onlara irad bildirilərdi.
Ümid edirik ki, aidiyyəti qurumlar qeyd olunan məsələlərlə bağlı bird aha düşünəcək.
Fotoları təqdim edirik:
Orxan Əli
Avtosfer.az-ın redaktoru
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR












