Dayanma-durma qaydalarını saymayan daha bir sürücü - FOTO

İnsanların hərəkəti üçün nəzərdə tutulmuş səkini parkinq zonasına çevirdi, saatlarla avtomobilini orada saxladı.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülərin normallaşdırdığı qayda pozuntusu Nərimanov rayonunun Əliyar Əliyev küçəsində qeydə alınıb. Şikayətçinin mobil telefonu ilə çəkilən fotoşəkildən aydın olduğu kimi “Kia” markalı, 99-ZU-374 dövlət nömrə nişanlı avtomobil insanların hərəkət istiqamətini pozub. Sürücünün maşın yolundan birbaşa səkiyə çıxaraq avtomobilini park etməsi də gözdən qaçmayıb. İnsanların narazlığını görməzdən gələn sürücünün hansı “vacib” məqsədlə burada saxlaması isə müəmmalıdır. “Kia” markalı sürücünün timsalında hər gün onlarla bu cür hadisənin baş verdiyini nəzərə alaraq bir daha xatırlatma edək. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi, yəni dayanma-durma qaydalarına əsasən, zidd hərəkət edən sürücülər 20 manat cərimə ödəmək məcburiyyətindədirlər. Ən əsası ödəniş zaman yenidən cəriməyə məruz qalmamağı da unutmamalıdırlar.
Nərmin Əkbər
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO








