Dəmir yolunda ölümə gedən sürücülər - Şlaqbaumu saymırlar - FOTO

Dəmir yolu xətlərinə ciddi yanaşmayan, yaxınlaşan qatarın yoluna çıxıb qəzaya səbəb sürücülər çoxdur. Avtosfer.az xəbər verir ki, son vaxtlar respublikanın bir neçə bölgəsində belə hadisələr baş verir. Səbəb isə odur ki, sürücülər nizamlanan və ya nizamlanmaya dəmir yolu keçidlərindən istifadə qaydalarına əhəmiyyət vermirlər. Avtosfer.az-a göndərilən bu foto Bakının Keşlə qəsəbəsində çəkilib. Yük qatarı hərəkət etdiyi bir vaxtda nizamlanan dəmir yolu keçidində şlaqbaum endirilib. Lakin nömrəsi 048 olan "Toyota Prado" markalı avtomobilin sürücüsü elə yerdə dayanıb ki, şlaqbaum tam aşağı salınsa maşına ziyan dəyəcək. "Ford" markalı avtomobilin sürücüsü isə o qədər harınlayıb ki, şlaqbaumu keçərək dəmir yolu xəttinin yanında dayanıb. Sanki şlaqbaumun qarşısında dayanmaq pis hərəkətdir.
Belə sürücülərə görə dəmir yolunda qəzalar baş verir. Günah da onların özlərində olur. Çünki qatar maşının yoluna çıxmır. Məsuliyyətsiz sürücü qatarın yoluna çıxıb qəzaya səbəb olur.
Emin

Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











