DSX-nin zabitindən 3 şirkətə qarşı dələduzluq: "Hərbçiyəm, yaxşı edirəm" - FOTO

Dövlət Sərhəd Xidməti zabitinin fırıldaqçılıq etməsi ilə bağlı Avtosfer.az-ın qaynar xəttinə məlumat daxil olub. Belə ki, məlumatı Bakıda yerləşən avtomobil təmiri servislərindən birinin sahibi Aqşin Qafarov verib. Onun sözlərinə görə, Raqif Əsədov adlı hərbçi idarə etdiyi avtomobili servisdə təmir etdirdikdən sonra ödənişi ödəməkdən imtina edib: "Sahibi olduğum "RİCH" servisin "Paşa Sığorta" şirkəti ilə müqaviləsi var. Həmin müqaviləyə əsasən yol nəqliyyat hadisələrində zədələnən avtomobillər sığorta şirkətinin göstərişi ilə təmir üçün bizim servisə göndərilir. Avqustun 21-də qəzaya düşən 77-PF-871 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Raqif Əsədov "Paşa Sığorta" şirkətinin göndərişi ilə servisə yaxınlaşdı və avtomobilin zədələnmiş hissələrinin düzəldilməsini tələb etdi. Zərər 1982 manatla qiymətləndirilərək təmirə başlanıldı. Təmir bitdikdən sonra o, avtomobili təhvil almağa gəldi. Lakin ödəniş olunmadığı üçün biz avtomobili ona verməməli idik. Həmin şəxs dövlət sərhədində vəziyyətin pis olduğunu və maşının ona təcili lazım olduğunu bildirərək 2-3 gün ərzində ödəniş məbləğini avtomobilin məxsus olduğu "İdeal Kredit" MMC lizinq təşkilatından alıb ödəyəcəyini bildirdi. Biz onun sözlərini səmimi qəbul edərək ölkə sərhədində baş verənlərə biganə qalmayıb onun avtomobilini sentyabrın 8-də təhvil verdik. Məbləğin ödənilməsi üçün söz verdiyi müddət bitdikdən sonra biz həmin şəxsin telefonuna zəng etdik. Telefon danışığı zamanı bildirdi ki, "mən heç kimə pul ödəməyəcəm, hərbiçiyəm, nə bilirsiniz, əlinizdən nə gəlirsə onu da edin"- deyərək əlaqəni kəsdi. Məsələni ictimailəşdirməklə Dövlət Sərhəd Xidmətinin rəhbərliyindən xahiş edirik ki, həmin şəxs tapılsın və ödənişin ödənilməsi tələb edilsin"- deyə servisin sahibi bildirib.
Qeyd edək ki, servisin sahibi baş verənlərlə bağlı Dövlət Sərhəd Xidmətinə, Daxili İşlər Nazirliyinə və Hərbi Prokurorluğa rəsmi şəkildə müraciət etdiyini bildirib.
Fərid
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














