Əlil sürücünün yolunu kəsdi : "Əcəb edirəm..." - FOTO

Avtomobilini xəstəxananın girişində park etdi, insanların və maşınların hərəkətinə mane yaratdı. Avtosfer.az xəbər verir ki, şikayətçi telefonu ilə çəkilən fotolar Abşeron məhkəməsinin yanında yerləşən poliklinikanın önündə qeydə alınıb.
Saytımıza müraciət edən şikayətçinin sözlərinə görə, “VAZ2107” markalı, 24-BF-063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşınını poliklinikanın giriş-çıxış hissəsində park edərək bir müddətlik problem yaradıb. Etdiyi hərəkətin yanlış olduğu deyildiyi halda, əməlinə toz qondurmayan “sürücü” təxmini 20 dəqiqəyə qədər avtomobilini hərəkət etdirmədən eyni vəziyyətdə saxlayıb.
Sonda isə əlil, şəkər xəstəsi şikayətçiyə cavab olaraq “Əcəb edirəm, get kimə, hansı quruma deyirsən, de” bildirərək ərazidən uzaqlaşıb.
Üzərimizə düşən öhdəliyi yerinə yetirərək bu xəbəri işıqlandırdıq və Bakı Dövlət Yol Polisi İdarəsinin apardığı müntəzəm tənzimləmələrlə bu davranışın da layiqli şəkildə qiymətləndiriləcəyinə əminik.
Nərmin Əkbər
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
















