Ermənistan Dəmir Yolları Muzeyi və ya oğurlanan nəqliyyat tariximiz - FOTOLAR

Bəlkə də kimsə düşünə bilər ki, bu məsələnin üzərində durmağa nə lüzum var? Axı qonşularımız yaxşı olan hər şeyi öz adlarına çıxmaqda ustadırlar!
Orası doğrudur, amma burada söhbət hansısa ucuz, efirə çıxdıqdan 1 ay sonra unudulan bayağı mahnıdan getmir. Müzakirə mövzusu bizim nəqliyyat tariximizdir.
2009-cu ildə açılmış Ermənistan Dəmir Yolları Muzeyi eksponat baxımından zəngindir. Amma bu zənginlik bizim nəqliyyat tariximiz hesabına formalaşıb. Muzeyin saytında göstərilir ki, Ermənistan Dəmir Yollarının tarixi 1895-ci ildən başlayır. Həmin il çar Tiflis-Aleksandropol (indiki Gümrü) – Qars dəmir yolunun inşası barədə fərman verir və növbəti il tikinti başlayır. 1899-un qışında artıq ilk qatar Aleksandropola gəlir. Bundan sonra şəbəkə genişlənir və 1902-ci ildə İrəvan da dəmir yolu ilə tanış olur. Dəmir yollarının inkişafı sayəsində Rusiya İmperiyası İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurur.
Bundan sonra saytda 1920-ci ildən sonra, yəni Sovet vaxtı olan inkişafdan söhbət açılır ki, bu bizim tədqiqat obyektimiz deyil. Yuxarıdakı abzasda deyilənin həqiqət olmadığını heç bir əcnəbi turist bilmir. Halbuki, sözügedən dəmir yolu bizim tarixi ərazimiz olan İrəvan quberniyasında inşa edilmişdi. Xırdalıqlara varmağa çox da ehtiyac yoxdur.
Amma bir faktı da etiraf edək ki, qonşularımız öz yalanlarına başqalarını inandırmağı bacarırlar. Yuxarıda dediyim faktlar bir neçə dildə bələdçilər vasitəsi ilə əcnəbilərə çatdırılır. Təbii ki hansısa avropalı turistin bu informasiyanı yoxlamaq imkanı olmadığı üçün onu mütləq həqiqət kimi qəbul edir.
Bəs görəsən bizim dəmiryolu muzeyimizdə Tiflis-Qars dəmir yoluna aid informasiya varmı? Axı bu yol bizim nəqliyyat tariximizin sanballı bir hissəsidir!
Vüqar Yaşaroğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO





















