"Ferrari”dən elektromobil layihəsi – Cəmi 25 km - FOTOLAR

Avropada bütünlüklə elektromobilə krçid üçün son müddət 2035-ci il müəyyən edilsə də, bir çox istehsalçı bu müddəti qabaqlamaq niyyətindədir. Lakin lüks avtomobil istehsalçıları üçün əlavə bir il də müəyyən edilib.
Avtosfer.az xatırladır ki, standart modellərin istehsalçıları bazara kifayət qədər geniş çeşiddə elektromobil çıxarsalar da, lüks modellərin istehsalçıları hələ tələsmir. Bunun da səbəbləri var.
“Ferrari” şirkəti elektromobilini patentləşdirsə də, bazara çıxarılmanı 2025-ci ildən sonraya saxlayıb. Səbəb də sırf texnikidir. Aşağı sürətli elektromobillərin resursu 300-600 km arasında dəyişsə də “Ferrari”nin 3-4 saniyəyə 100 km/saat sürətə çatan elektromobilinin resursu cəmi 25 kilometrdir. Hətta maksimal sürətin 135 km/saatla məhdudlaşdırılması da batareyanın resursuna əhəmiyyətli təsir etməyib.
İndi şirkət dilemma qarşısındadır: sürətin azaldılması ilə batareyanın resursu artsa da, sürət artıb batareyanın ehtiyatı azalsa da, müştərilər firmadan üz döndərəcək. Sadə dildə desək, maksimal sürəti 130 km/saat olan “Ferrari”ni heç kim almayacaq. Eynən də 260 km/saat sürət yığdığı halda 25 km sonra yolda qalacaq avtomobili. Yeganə yol işləri sürətləndirərək bazara rəqabətədavamlı məhsul çıxarmaqdır.
Yeri gəlmişkən, gələn ildən etibarən şirkətin bazara çıxaracağı avtomobillərin 60%-i hibridlər olacaq.
Vüqar
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR














