İkardi dünyanın ən bahalı avtomobilini aldı - Cəmi 3 nəfərdə var - FOTO

Türkiyənin "Qalatasaray" klubunda çıxış edən argentinalı hücumçu Mauro İkardi dünyanın ən bahalı avtomobil markalarından sayılan "Rolls-Royce"dan özünə xüsusi maşın alıb.
Avtosfer.az xəbər verir ki, dünyada cəmi üç nəfərdə rast gəlinən avtomobilin dəyəri 26 milyon avrodur.
Xüsusi dizayn edilmiş bu avtomobil çox nadir insanlar üçün istehsal olunub.
Onlardan biri Cey Zi və Beyons cütlüyü, digəri mirvari ticarəti ilə məşğul olan milyarder, üçüncüsü isə Mauro İkardidir.
1813 xüsusi parçadan ibarət avtomobilin arxasında iki nəfərlik piknik hissəsi, iki şampan soyuducusu, yığılıb-açılan çətir kimi detallar var.
Dörd ildir qurulmaqda olan “Boat Tail” olduqca dəbdəbəli çəhrayı-qızılı toxunmuş iplərdən və bu kimi vizual görünüş verən bahalı işləmələrdən ibarətdir.
Hər bir qayığın quyruğunu tamamilə əl ilə yığmaq dörd ilə qədər vaxt aparır. Kapotun altında 6,7 litrlik V12 demək olar ki, 600 at gücü hasil edir.
Baqajda avtomobilin rəng tonuna uyğun “Christofle” markasına məxsus gümüşü bıçaq və çini boşqablardan ibarət servis var.
4 nəfərlik üstü açılan maşının arxasına inteqrasiya olunmuş çətir var və teleskopik masa avtomatik olaraq iki nəfərlik piknik yerinə çevrilmək üçün açılır.
BAKU.WS
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










