İnsanların yolunu kəsən sürücü: səkini zəbt edib - FOTO

Piyada səkisini zəbt edən sürücü insanların hərəkətini çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsində qeydə alınıb. Həvəskar kamerasına düşən görüntülərdən aydın olduğu kimi “Mercedes-Benz” markalı, 99-NR-296 dövlət nömrə nişanlı avtomobilin sürücüsü dayanma-durma qaydalarına məhəl qoymadan piyadalar üçün nəzərdə tutulmuş səkini özünə parklanma ərazisi seçib.
Saatlarla avtomobilini həmin səkidə saxlayan sürücü bu müddətdə insanların məcbur qalaraq avtomobil yoluna baş vurmalarına səbəb olub. Qaydalardan xəbəri olsa da, görməzdən gəlməyi seçən sürücüyə xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əməl etmədiyi üçün 20 manat cərimə ödəməli və ən əsası bu səhvə bir daha baş vurmamağa çalışmalıdır.
Nərmin Əkbər
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO












