Reklam

İranda "texniki tərəqqi" – Fransadan oğurladıqları modeli yenilik kimi təqdim edirlər - FOTO

Avtosfer Foto 17 Sentyabr 2022 09:03 Oxunub 1580
İranda "texniki tərəqqi" – Fransadan oğurladıqları modeli yenilik kimi təqdim edirlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ADEX müdafiə sərgisində müşayət etdiyim xarici nümayəndə heyəti İranın stendinin qarşısından keçərkən bir anlıq duruxdu. “Toloo-4” aviasiya mühərrikinə baxaraq, “bu mənə çox tanış gəlir, Fransada hansısa muzeydə görmüşəm” dedi. Əlqərəz, fransızı intizarda qoymadım, “Google”da “Toloo-4” yazdıqda hər şey aydın oldu.
Sən demə, tərifi yerə-göyə sığdırılmayan bu mühərriki Fransanın “Microturbo” şirkəti “TRI 60” adı ilə 60-cı illərdə layihələndirib. İlk uçuşu 1974-cü ildə olan mühərrik 1 dəfə istifadə üçün nəzərdə tutulub və əsasən raketlərdə quraşdırılır. Şirkət 1980-ci illərdə bu mühərrikin istehsalını dayandırdı, daha doğrusu, onu modernləşdirərək gücünü artırdı, kütləsini və yanacaq sərfiyyatını azaltdı.

İndi bu mühərriki Fransada yalnız muzeylərdə görmək olar. İranda isə bir qədər dizaynı dəyişdirilərək PUA və qanadlı raketlərə quraşdırılır.
Stenddəki “Serat 02” rotor mühərrikinə gəlincə, dünya artıq bu texnologiya ilə vidalaşır. Almaniya və SSRİ bu sahədə nə qədər çalışsa da, texniki problemləri həll edə bilmədi. Yaponlar da bu mühərriki hibrid avtomobillərə quraşdırmaq istəsələr də, ekoloji problemlərə görə çox da dərinə getmədilər.
O ki qaldı, “Owj” turboreaktiv mühərrikinə, bunun da əcdadlarını sovet təyyarə konstruktorları Brejnevin vaxtında (bəlkə də daha tez) layihələndiriblər. 

Görəsən yarım əsr əvvəlki, Şahənşah (sonuncu şahın rəsmi titullarından biri də bu idi, yəni şahlar şahı) dövrünün texnologiyanı indi istehsal edən şirkətlərin məqsədi nədir? Bu məhsullarla dünya bazarına çıxmaq mümkün deyil. Bəs onda nə üçün istehsal olunur? Böyük ehtimalla daxili publikaya göstərmək üçün. Eynən 1982-ci il modeli “Peugeot” mühərrikində karbüratoru injektorla əvəz edərək “Motore melli” (milli mühərrik) adlandırdıqları kimi.
Amma bütün dünya bilir ki, mili mühərrik sözünü ən yaxşı halda 5 xalq işlədə bilər ki, onların da arasında müsəlman xalqları ümumiyyətlə yer almır.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh