“İrəli çıxan” köşk və obyektlər səkini belə zəbt edirlər – FOTO

Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər təşkil olunub. Lakin səkilərin avtomobillər və obyektlər tərəfindən zəbt olunduğu tez-tez müşahidə olunur. Bu da piyadalar üçün həm maneə, həm də təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, analoji vəziyyət Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsindəki avtobus dayanacağında da hökm sürür.
Belə ki, səkinin sözügedən hissəsində köşk “irəli çıxıb” və ona bənzər obyektlərdə piyadaların yolunu zəbt edib. Bu səbəbdən piyadalar da maşın yoluna çıxaraq hərəkət etməli olurlar. Həmin yol isə işlək yoldur və insanlar təhlükə ilə üz-üzə qalırlar.
Qeyd edək ki, son vaxtlar piyada vurma hadisələrinin sayı artıb. Keçiddən, səkidən istifadə etməyən piyadalar qəza qurbanı olurlar. Səkilərin zəbt olunması isə vətəndaşlar üçün təhlükə mənbəyidir.
Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar yaxın zamanda tədbir görəcək.
Məhəbbət Tərlanoğlu
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













