"Hyundai", "Ford" və traktor toqquşdu, sürücü öldü - FOTO - YENİLƏNİB

Kürdəmirdə baş verən yol qəzasında ölən şəxsin kimliyi bəlli olub.
Report-un xəbərinə görə, bu, sürücü, Bakı sakini 29 yaşlı Bəkirov Rauf Kamal oğludur.
O, təcili tibbi yardım maşınının köməyi ilə ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, R.Bəkirovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.
Minik avtomobili bundan sonra yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
21:50
Kürdəmirdə zəncirvari yol qəzası baş verib.
Report-un xəbərinə görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolda hərəkət edən qoşqulu traktora, sonra isə onunla əks istiqamətdən gələn "Ford" markalı mikroavtobusa çırpılıb.
Minik avtomobili bundan sonra yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı "Hyundai"ın sürücüsü və onun sərnişini müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR



















