Maşını həyətin girişində park edən sürücülər sakinlərin narazılığına səbəb oldu - FOTO

Paytaxt küçələrində parklanma problemi daima öz aktuallığını saxlayır.
Avtosfer.az dəfələrlə bu problemi gündəmə gətirib oxuculara maarifləndirici materiallar təqdim etsə də qayda pozan sürücülər hələ də tapılır. İzləyicilərdən redaksiyamızın elektron ünvanına növbəti belə qayda pozan sürücülərin görüntüləri daxil olub. Belə ki, Heydər Əliyev prospekti 79/2 ünvanında, həyətin girişində park olunan avtomobillər digər maşınların həyətə giriş-çıxışına maneəçilik törədir. Göründüyü kimi 90-KK-199 qeydiyyat nişanlı, “Hyundai” markalı, 99-FM-594 qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobillərin sürücüləri digər sürücüləri düşünmədən nəqliyyat vasitələrini sanki yolun ortasında atıb gediblər. Şikayətçi izləyicimiz bildirir ki, səhər saatlarında Mənzil Kommunal İstismar Sahəsinin zibil maşını həyətə daxil olmaq istəsə də buna nail ola bilməyib. Nəticədə zibil qutuları boşaldılmayıb.
Ümid edirik ki, sakinlərin narahatçılığına səbəb olan sürücülər əməllərini təkrarlamayacaqlar.
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













