Maşının "probeqini" çəkib yenidən satışa qoydu: alverçilərə aldanmayın - FOTO

Son illərdə avtomobil alqı-satqısı saytlar üzərindən daha aktiv şəkildə həyata keçirilir. Təbii ki, prosesin əlçatan və asan olması maşın sahibkarlarını, yaxud alıcılarını cəlb edən əsas faktordur. Lakin hər sahədə olduğu kimi, burada da diqqətə alınmalı vacib nüanslar mövcuddur. Elə işıqlandırdığımız mövzu da məhz sayt üzərindən qeydə alınan dələduzluq faktıdır. Avtosfer.az xəbər verir ki, hadisə alqı-satqı saytlarının birildə “Nissan X-Trail” markalı avtomobilin sahibi məlumatlandırma bölməsində onun 350 min km yürüyüş məsafəsi qət etdiyini vurğulayıb. Lakin elan saytda qalsa da satıldığı üçün artıq aktiv deyil.
Ekran görüntüsü olunmuş digər şəkildə isə eyni markalı avtomobilin satışı aktivdir və diqqət çəkən məqam maşının nömrəsinin gizlədilməsidir. Elanın bilgiləndirmə qismi də yürüyüş məsafəsi istisna, ilk şəkillə eyniyyət təşkil edir. Avtomobilin qeydiyyat şəhadətnaməsinə nəzərə salsaq görərik ki, satılan maşın elə ilk elandakı nəqliyyat vasitəsinin özüdür. Sadəcə “dələduz satıcı” avtomobildə cüzi dəyişiklik edərək onu “az istifadə olunmuş” kimi göstərməyə çalışıb. Son şəkildə isə “çoxbilmiş” səbəbkar “original probeqdir” yazmaqla bir daha etdiyi fırıldaqlığı təsdiqləyir.
Nərmin Əkbər
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














