Məhkəmə BNA-nın kamera cəriməsini qanunsuz saydı və protokolu ləğv etdi - FOTO

Bakıda dayanma-durma qaydasını pozmayan sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələndiyi üçün məhkəməyə müraciət edib. Bu barədə sürücü Rəşad Xəlilov Avtosfer.az-a məlumat verib. Onun sözlərinə görə, idarə etdiyi "BMW" markalı avtomobili mayın 18-də, paytaxtın Ağa Neymətulla küçəsində park edərkən BNA tərəfindən cərimələnib: "Yolda dayanma-durmanı qadağan edən heç bir nişan olmadığı halda, maşını səkiyə paralel park etdiyim vəziyyətdə BNA kamera vasitəsilə mənə cərimə yazıb. Bu barədə Nərimanov rayon Məhkəməsinə müraciət etdim. Müraciətimdə həm qayda pozmadığımı, həm də dayanma-durmanın kamera vasitəsi ilə protokollaşdırılmasının qeyri-qanuni olduğunu bildirdim. İştirakımla keçirilən məhkəmədə hakim haqlı olduğumu bildirərək BNA-nın qərarını əsassız hesab etdi"- deyərək sürücü Rəşad Xəlilov bildirib.
Qeyd edək ki, Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə ədalətli araşdırma aparılıb və qayda pozmayan sürücü barəsində tərtib edilmiş BNA 2280699 saylı qərara xitam verilib.
Məhkəmənin qərarını təqdim edirik:
Fərid
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR













