“Mercedes” yeni elektrikli krossoverini təqdim edib - FOTO

“Mercedes-Maybach” şirkəti Şanxay avtosalonunda EQS 680 adlı yeni dəbdəbəli krossoverini təqdim edib. Maşın iki elektrik mühərrik və 107.8 kVt/saat tutumlu akkumulyator alıb. Avtomobilin gediş məsafəsi 600 km təşkil edir.


Krossoverin salonu təbii dəri ilə işlənib. Avtomobil isitmə, havalandırma və masaj funksiyası olan oturacaqlarla təchiz edilib. Həmçinin, EQS 680 üç OLED displeydən ibarət “hiperekran” alıb.


Sürücü ilə üzbəüz avtomobilin vəziyyəti haqqında məlumat verən alətlər paneli, ortada multimedia sistemi, sərnişin oturacağının qarşısında isə əyləncəli kontentə baxa biləcəyiniz əlavə ekran var.


EQS 680 elektrik krossoveri ABŞ-da istehsal olunacaq. Avtomobilin satışı bu ilin sonuna qədər başlayacaq. Yeniliyin qiymətləri hələ açıqlanmayıb. “Carscoops”un məlumatına görə, ABŞ-da avtomobilin qiyməti təxminən 185 min dollar təşkil edəcək.
banker.az
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










