Mərkəzi Bankın qarşısında bir saat tıxac yaradan sürücü bu imiş - FOTOLAR

Bu gün saat 10.10 radələrindən 11.00-dək Rəşid Behbudov küçəsi, Mərkəzi Bankın qarşısında tıxac və sıxlıq yaranıb. Avtosfer.az-ən məlumatına görə, bununla bağlı DİN Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də xəbər yayıb. Bildirilib ki, nasaz avtonəqliyyat vasitəsinin dayanması bu istiqamətdə sıxlığa səbəb olub.
Əldə etdiyimiz məlumata görə, “Daewoo” markalı, 99-AX-884 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü maşını yolun ortasına ataraq yoxa çıxıbmış. Buna səbəb isə maşının yanacağının bitməsi olub. Təxminən bir saat sonra əlində benzinlə maşına yaxınlaşan sürücü avtomobilin yol polisi tərəfindən evakuasiya olunduğunu gördükdə hay-küy salmağa başlayıb: "Yanacaq bitmişdi, nə etməliydim?".
Yol polisləri ona izah ediblər ki, yanacaq bitdikdə və ya digər texniki nasazlıq yarandıqda maşını yolun ortasında atıb getmək olmaz. Digərlərindən kömək istəyərək nəqliyyat vasitəsini kənara çəkmək lazımdır.
Sürücü səhvini etiraf edib, polislərdən üzr istəyib.
Elmin
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR












