Müharibə gedən ölkədə ictimai nəqliyyatın inkişafı - FOTO
Bu günlərdə müharibənin bir ili tamam olacaq Ukraynada artilleriya zərbəsinə məruz qalmayan yaşayış məntəqəsi qalmayıb.
Avtosfer.az-ın xəbərinə görə, müharibə nəqliyyat infrastrukturuna ciddi zərbə vursa da, son aylarda yaxşılaşma hiss olunur. Ötən il müharibəyə görə ölkədə cəmi 6000 avtobus satışmışdı. Bu ilin yanvarında isə satışlarda ciddi artım qeydə alınıb. Ay ərzində 239 avtobus və mikroavtobus satılıb ki, bu da 10 illik rekorddur. Fevralda satışların ikiqat artacağı gözlənilir.
Ən çox satan markalara gəlincə:
Etalon — 64 avtobus
Citroen — 52 avtobus
Ataman — 50 avtobus
ZAZ — 20 avtobus
Volkswagen — 18 avtobus.
Nəzərə alaq ki bu artım Kiyevdə ondək marşrutun bağlanması fonunda baş verib. Belə ki, enerji qıtlığına görə fəaliyyətini dayandıran trolleybuslar ötən həftədən adi rejimdə işləyir. Trolleybusların yerinə buraxılan avtobuslar isə xətdən çıxarılıb.
Hökumət ictimai nəqliyyatda daha bir qayda tətbiq etmək istəyir. Qaydaya görə, yeni marşrutlara yük avtomobillərindən transformasiya olunmuş mikroavtobuslar (söhbət kustar yolla oturacaqlar quraşdırılmış Vito, Sprinter, Viano və Fordlardan gedir) xəttə buraxılmayacaq. Yaxın gələcəkdə isə bu cür texnika ümumiyyətlə istismardan çıxarılacaq.
Ötən ay Ali Radanın qəbul etdiyi qanuna görə, əhali sayı 250 mindən çox olan şəhərlərdə 2027-ci ilədək avtobusların azı 25%-i elektriklə işləməlidir. 2030-cu ilədək göstərici 50%-ə çatmalıdır.
Bəli, unutmayaq ki, söhbət müharibə aparan ölkədən gedir.
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR










