28 il əvvəl baş vermiş tarixin ən dəhşətli metro qəzası - FOTO

28 oktyabr 1995-ci ildə Bakı tarixin ən böyük metro qəzasına şahidlik edib.
Avtosfer.az xəbər verir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində təxminən 300 adam həlak olub, 400 nəfər xəsarət alıb. Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilib.
Bu qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını metro qəzaları statistikasına yenidən baxmağa vadar etdi və “birincilik” Azərbaycana keçdi. Şərqdə ilk yeraltı dəmir yolu sistemi kimi tarixə düşən bakı metropoliteni bu dəfə tarixin ən ağır metro qəzası kimi rəsmiləşdirildi. Birinci rekord sabitdir və dəyişməsi mümkün olmayacaq. İkincinin isə təkrarlanmamağını arzu edirik.
Baş nazirin müavini Abbas Abbasov o zaman mətbuata açıqlamasında qəzanın sırf texniki səbəbdən – avadanlığın köhnəlməsi ucbatından baş verdiyini bildirib: “Bakı metrosunda bəzi vaqonlar elə bərbad gündədir ki, adam hətta oturmağa qorxur”.
Bundan sonra da metropolitendə nisbətən kiçik qəzalar baş verib. 4 avqust 1999-cu ildə baş verən qəzada 2 nəfər həlak olub, 4 nəfər yanğın xəsarəti alıb.
8 iyun 2005-ci ildə Bakı Soveti (indiki İçərişəhər) stansiyasında enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb (rəsmi məlumat).
Xatırladaq ki, Bakı metrosunda 2 dəfə terror aktı törədilib. 19 mart və 3 iyul 1994-cü il tarixlərində törədilmiş terror aktları nəticəsində 27 nəfər həlak olub, 91 nəfər yaralanıb.
2011 və 2012-ci illərdə elektrik kəsilməsi zamanı xoşbəxtlikdən insan tələfatı olmayıb.
Vüqar Yaşaroğlu
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO















