Onlarla sürücü səkini zəbt etdi - FOTO

Səkilər piyadaların rahat və təhlükəsiz hərəkəti üçün təşkil olunub. Lakin paytaxtın əksər yerlərində avtomobillər səkiləri zəbt edib, piyadaların hərəkətinə mane olur.
Avtosfer.az xəbər verir ki, paytaxtın müxtəlif küçələrində səkiləri zəbt edən sürücülər görüntülənib.
Belə ki, Cəfər Xəndan küçəsində “Hundai” markalı 77-BY-324 qeydiyyat nişanlı, eyni markalı 99-CT-229 dövlət nömrə nişanlı, “BMW” markalı 10-SK-545 nömrəli avtomobillər səkidə parklanaraq piyadaların yolunu kəsib. Digər qayda pozuntusu isə Əbdüləzəl Dəmirçizadə küçəsində qeydə alınıb. “Mercedes” markalı 90-LF-799 nömrəli avtomobilin sürücüsü piyada keçidinin üzərində parklanıb. Qara Qarayev prospektində də “Opel” markalı 77-FO-542 nömrəli avtomobil səkini zəbt edib.
Əhməd Rəcəbli küçəsində isə problem daha da böyükdür. Parkın kənarındakı səki parklanma yerinə çevrilib. Hətta “Volvo” markalı 99-AZ-930 qeydiyyat nişanlı avtomobil də həmin parkinqdən istifadə edib. Sakinlər bildirib ki, bu yaxınlıqda yerləşən mağaza tərəfindən edilib.
Belə halların siyahısı uzandıqca uzanr. Sözügedən qayda pozuntuları o qədər çoxdur ki, hətta dayanma, durma və parklanma qaydalarının pozulması mövzusunda fotosərgilər keçirilə bilər. Həm yol hərəkətinin təşkili ilə bağlı maarifləndirmə işinə, həm də şəhərin mədəni həyatına töhfə olardı.
Hətta ən yaxşı fotoların müəllifləri mükafatlandırıla bilər.
Məhəbbət Tərlanoğlu
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO


















