Parklanma problemi: Parkı, səkiləri, keçidləri zəbt edən SÜRÜCÜLƏR - FOTO

Azərbaycana hər il idxal olunan nəqliyyat vasitələrinin sayı artır. Avtomobillərin çoxalması insanların işini yüngülləşdirsə də qayda pozan sürücülər bir o qədər çətinlik yaradır.
Xüsusilə paytaxtın müxtəlif ərazilərində gündəlik olaraq sürücülərin səbəb olduğu xoşagəlməz mənzərəylə qarşılaşırıq. Belə ki, piyadaların istifadəsi üçün ayrılmış səkilərin, keçidlərin, əhali istirahəti üçün salınmış parkların parkinqə çevrilməsi adi hala çevirilib. Qayda pozan bu tip sürücülər cərimələnsə də bir qismi törətdikləri əməldən nəticə çıxarmır. Onlar müxtəlif bəhanələrlə dayanma-durma qaydalarını pozur, hətta bəziləri bunu qoyda pozuntusu hesab etmir. Özəlliklə yaşayış məntəqələrində, bina komplekslərində piyadalar üçün ayrılmış əraziləri şəxsi parklanma zonasına çevirən sürücülər də kifayət qədərdir.
İşıqlandırdığımız məsələylə bağlı oxucularımız Avtosfer.az-a müraciət edib. Paytaxtın ayrı-ayrı küçələrində müxtəlif vaxtlarda qeydə alınmış fotoşəkillərdə sürücülər dayanma-durma qaydalarını kütləvi şəkildə pozub. Belə ki, 10-UM-333 dövlət nömrə nişanlı “Hyundai” markalı, 77-CK-714 dövlət nömrə nişanlı “Hyundai” markalı, 90-ON-974 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri piyada keçidinin önünü zəbt ediblər. Həmçinin 99-XY-540 dövlət nömrə nişanlı “Hyundai” markalı, 10-SK-545 dövlət nömrə nişanlı “BMW” markalı, 90-HX-700 dövlət nömrə nişanlı “Chevrolet” markalı, 90-VF-079 dövlət nömrə nişanlı “Hyundai” markalı, 99-OZ-439 dövlət nömrə nişanlı “Toyota” markalı, 99-RV-007 dövlət nömrə nişanlı “Toyota” markalı və 77-EB-114 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillərin sürücüləri piyada səkisini parkinqə çevirib.
İzləyicimiz tərəfindən göndərilən son fotoşəkillər isə “Xətai Park” yaşayış kompleksində çəkilib. Şikayətini bildirən izləyici, yaranmış görüntünün sakinlərin kütləvi narazılığına səbəb olduğunu və insanlar üçün istifadəyə verilən ərazilərin daimi parkinqə çevrildiyini iddia edib. O, vəziyyətin getdikcə ağırlaşdığını bildirərək yaşayış kompleksində parklanma üçün yerlərin olduğunu da əlavə edib. Belə ki, “Geely” markalı avtomobilin sürücüsü yaşayış kompleksindəki səkini tamamilə zəbt edib. Digər fotoşəkildə isə 99-KS-123 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil birbaşa parkın içində saxlanılıb.
Qeyd edək ki, Bakı şəhərinin Baş planında parkinq probleminin qismən də olsa yaxşılaşması üçün bir sıra fikirlər nəzərdə tutulub. 2040-cı ilə qədər təxminən 8000 əlavə parklanma yerinin yaradılması irəli sürülən təkliflər arasındadır. Həmçinin əlavə parkinq zonalarının salınması üçün yerüstü və yeraltı dayanacaqların inşası da gözlənilir.
Nərmin
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR



















