Parklanma qaydalarına görə fərqli cəzalar olmalıdır - Daha ağır cərimələr var - FOTO

Bu gün metronun "Neftçilər" stansiyasının qarşısında park edilmiş avtomobillə bağlı yayılan xəbər çox adamda haqlı narazılıq yaratdı. Elə sosial şəbəkədə də bu məsələ ciddi müzakirə mövzusu oldu. Sürücünün sərt şəkildə cəzalandırılmasını tələb edən də oldu, sadəcə olaraq söyən də. Bəs başqa ölkədə bu addım necə cəzalandırılardı?
Şəxsi təcrübəmdən birirəm ki, Rusiyada belə qayda pozuntusunda polisin protokol yazmasını gözləmək lazım gəlmir. Bir neçə il əvvəl Moskva metrosunun qarşısında eynən bu formada park etmiş azərbaycanlının avtomobilini elə sürücünün gözü qarşısında təpikləmişdilər. Sərnişinlərdən biri isə bıçaqla avtomobili əməlli-başlı cızmışdı. Avtomobilin sürücüsü isə səhvini başa düşərək birtəhər maşını götürüb qaçmışdı (təəssüf ki, avtomobilin fotosunu arxivdə saxlamamışam).
Əlbəttə ki, bu hadisəni yazmağım qeyri-sivil mübarizə metodlarına haqq qazandırmağım anlamına gəlmir. Hərbir qanunazidd əməlin cəzası qanuni yolla verilməlidir. Xəta törədən şəxsin əmlakına zərər vurmaq daha böyük fəsadlar doğura bilər.
Qərbi Avropada isə bunun çarəsi tapılıb: sanballı cərimə və sürücülük hüququnun məhdudlaşdırılması.
Almaniya, Niderland, Belçika, Fransa və İsveçrə kimi ölkələrdə qanunsuz parklamaya görə fərqli kateqoriyalar müəyyən edilib. Söhbət “narahatlıq yaradan parklama”, “çox narahatlıq yaradan parklama”, “sui-istifadə edərək parklama” və digər kateqoriyalar mövcuddur. Ölkələrə görə yanlış parklamanın cəzası 30 avrodan 300 avroyadək dəyişir. Sui-istifadə hallarında isə sürücülük hüququnun məhdudlaşdırılması və həbs kimi ağır cəzalar da verilə bilər.
Bizim “qəhrəmanımız” hansısa Avropa ölkəsində avtomobili bu cür metro çıxışına atıb getsə, ona qarşı “təhlükədə qoyma” maddəsi ilə cinayət işi açılacaqdı. Bu cinayətin cəzası isə həyatının bir neçə ilini tikanlı məftillər arxasında keçirməkdir.
Doğrudur, yol polisi qayda pozan şəxsə cərimə yazacaq. Amma bu əməldə adi qayda pozuntusu ilə yanaşı cəmiyyətə açıq-aşkar hörmətsizlik elementləri də mövcuddur. İnanırıq ki, hüquq-mühafizə orqanları bu amili də nəzərə alacaq.
Vüqar Yaşaroğlu
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR













