Reklam

Parklanma üçün geniş yer var, lakin nişan qoyub sürücüləri cərimələyirlər - FOTO

Avtosfer Foto 16 Oktyabr 2022 12:30 Oxunub 6742
Parklanma üçün geniş yer var, lakin nişan qoyub sürücüləri cərimələyirlər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lökbatan şossesində ("Binə" ticarət mərkəzinin qarşısında) hərəkətin təşkilindəki nöqsanla bağlı bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onların sözlərinə görə, həmin yolun kənarında dayanmaq üçün kifayət qədər yer olmasına baxmayaraq dayanma-durma qadağan edilib. Avtosfer.az xəbər verir ki, sözügedən yolun kənarında təxminən 4-5 metr enliyində yol çiyni var. Nəqliyyat vasitələrinin orada rahat və təhlükəsiz şəkildə parklanması üçün çox gözəl şərait var. Lakin 3.27 nişanı ilə dayanma-durma qadağan edilib. Bu səbəbdən avtomobillərini yol çiynində park edən sürücülər yol polisləri tərəfindən cərimələnir.

Qeyd edək ki, ölkə ərazisində bir çox yolların kənarında dayanma-durma qadağan edilib. Bunun səbəbini soruşduqda isə bildirirlər ki, həmin yolda qəza olduğu üçün dayanma-durma qadağan edilib. Yəni, 3.27 nişanını quraşdırmaqla hərəkətin təhlükəsizliyini təmin etmiş hesab edirlər. Lakin  bu düzgün qərar hesab olunmur. 
Qəza baş verən yollarda çıxış yolu kimi nəyisə qadağan etmək yox, qəzanın baş vermə səbəbi araşdırılmalıdır. Hansısa sürücü və ya piyada məsuliyyətsizliyi nəticəsində qəza baş verirsə bu o demək deyil ki, 3.27 nişanını ora quraşdırmaqla qəzanın qarşısı alınacaq. Məsuliyyətsizlik olarsa başqa səbəbdən də qəza baş verəcək. Əgər 3.27 nişanı ilə qəzanın qarşısını almaq mümkün olursa, onda respublika əhəmiyyətli bütün yolların kənarında dayanma qadağan edilməlidir.

Sözügdən yol Bakının inzibati ərasizi sayıldığı üçün, həmin yolda hərəkətin təşkilinə bilavasitə Bakı Nəqliyyat Agentliyi cavabdehdir. Çox təəssüf edirik ki, neçə illərdir fəaliyyət göstərən BNA şəhərin mərkəzindən kənardakı yolların heç birinə nəzarət etmir. Halbuki, həmin yollar mütəmadi olaraq müayinə edilməli, yolda olan çatışmazlıqlar, nöqsanlar operativ şəkildə aradan qaldırılmalıdır. 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh