Paytaxtın mərkəzindəki bu səkilər bərbad vəziyyətdədir - FOTO

Paytaxtın mərkəzi küçələrində səkilər bərbad vəziyyətdədir.
Bu barədə izləyicilərimizdən biri Avtosfer.az-a fotolar göndərib. Belə ki, Yasamal rayonu Murtuza Muxtarov küçəsindəki səkilərin qırağı boyu qoyulmuş dəmir tumbalar yerindən çıxarılıb. Hətta bəzilərinə olunmuş müdaxilə nəticəsində yerə yıxılıb. Həmçinin səkidə daş döşəmələr yarımçıq formada düzülüb.
Həmin rayonun Giləzi küçəsində də eyni vəziyyət hökm sürür. Səkidə qoyulan tumbaların üzərində deşici dəmir bizlər var. Piyadalardan biri büdrəsə və yıxılsa bu bizlər onun ölümünə səbəb ola bilər. Küçədə səkiləri yolun hərəkət hissəsi ilə ayıran beton arakəsmələr yerindən çıxıb, bəzi yerdə ümumiyətlə yoxdur.
Belə hallar piyadaların rahat hərəkətinə mane olur. Həmçinin piyadaların həyatı üçün də təhlükə yaradır.
Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar tezliklə tədbir görəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti yenidən təşkil olunar.
Məhəbbət Tərlanoğlu
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO




























