Piyadaları təhlükəyə atan “obyektlər” və sürücülər - FOTO

Paytaxtın bir sıra küçə və prospektlərində piyadalar üçün nəzərdə tutulmuş səkilər zəbt edilir. Bura müxtəlif obyektlərin səkini kəsərək parkinq düzəltməsi, həmçinin yeraltı qarajlar üçün səkilərin kəsilməsidir. Hələ üstəlik orada bir avtomobil saxlayanda vəziyyət ikiqat acınacaqlı olur.
Təqdim etdiyimiz ilk foto paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində çəkilib.

Əvvəlcə səki yeraltı qaraj üçün kəsilir, piyadalar üçün keçməyə ensiz yer qalıb. Daha sonra orada avtomobil dayanır və piyada məcburən yola çıxmalı olur.
İkinci foto Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Burda da iri marketlərdən biri səkini “işğal edərək” avtomobillər üçün parkinq düzəldib. Nəticədə piyadalar məcbur olub özlərini təhlükəyə atırlar.

Üçüncü foto isə Həsən bəy Zərdabi 163 D ünvanında çəkilib. Burda yan-yana yerləşən iki şirniyyat evinin “rəqabəti” piyadaların başında çartlayır. Belə ki, obyektlərdən biri digərinin qarşısını kəsmək üçün piyada səkisini dəmir arakəsmə ilə kəsib. Nəticədə piyadaların rahat keçməsi məhdudlaşıb.

Qeyd edək ki, bu cür hallar çoxluq təşkil edir. Təbii ki, qeyd olunanlar inzibati məsuliyyət yaradır. Lakin vətəndaş məsuliyyəti də vacib amildir. Digərlərinin yolunu kəsməklə özünə “rahatlıq” quranlar bunun ağır nəticələrini bir gün özləri də dadacaq. Çünki həmin zəbt olunmuş səkilərdən keçə biyməyərək yolun hərəkət hissəsinə çıxan və avtomobil tərəfindən vurulanlardan biri elə həmin obyekt sahiblərinin yaxınları ola bilər.
Orxan Əli
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










