Polis küçələrə atılan bahalı avtomobilləri hərrac yolu ilə satışa çıxardı - FOTOLAR

Yəqin Dubayda şəhər ətrafında və ya səhrada tərk edilmiş lüks avtomobillərin fotolarını çoxları internetdə görüb. Bəs səbəblərini hamı bilirmi? Təbii ki yox.
Avtosfer.az xəbər verir ki, BƏƏ əlverişli iş mühitinə görə bir çox əcnəbini, xüsusən də ingilisləri cəlb edib. Bura iş qurmağa gələnlər də qısa müddətdə varlanaraq özlərinə lüks avtomobillər alıblar. Lakin 5-6 il əvvəlki qlobal maliyyə böhranı, ardınca isə koronavirus pandemiyası Dubayda çoxlarının müflisləşməsinə səbəb oldu. Əcnəbilərin çoxu borca görə həbsı düşməmək üçün tələm-tələsik ölkəni tərk etdilər. Onların çoxunun avtomobillərini satmağa və ya özləri ilə aparmağa imkanları olmadığı üçün harada gəldi qoyub qaçıblar. Ən çox atılmış avtomobil isə Dubay aeroportu ətrafındadır. Bəzi sürücülər hətta avtomobilin açarlarını və sənədlərini də maşının içində qoyublar.
Təmirə marağın olmaması və avtomobil kultu da öz sözünü deyir. Milyonçu şeyxlər çox vaxt lüks avtomobili 1-2 il istismar etdikdən sonra ondan bezir və daha müasirini alır. Bu da tullantı avtomobillərin artmasına səbəb olur.
Son vaxtlar bu tip avtomobillərin sayı artdığından polis məsələyə müdaxilə edib. Bu tip avtomobillər toplanaraq hərrac yolu ilə satılır. Həm də sahibləri axtarılmadan.
Vüqar
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO














