“Porsche”sində silah gəzdirən şəxs kriminal avtoritet imiş  - FOTO - YENİLƏNİB
Avtosfer Foto 30 Avqust 2022 12:20 Oxunub 1378
“Porsche”sində  silah gəzdirən şəxs kriminal avtoritet imiş   - FOTO - YENİLƏNİB

Şirvanda avtomobilindən silah tapılan şəxslə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Gündüz Novruzov kriminal aləmə yaxın biri olub. O, kriminal aləmdə “Demanlı Gündüz” kimi tanınıb.

G.Novruzov əvvəllər mütəşəkkil dəstənin tərkibində İran vətəndaşını öldürməkdə təqsirli bilinərək həbs həyatı yaşayıb.

Həbsdən çıxdıqdan sonra isə yaşadığı şəhərə “nəzarət” edirmiş.

09:45

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.  

G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb. 

Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh