Qaydaları pozan sürücülər cərimədən belə yayınırlar - VİDEO

Bakı şəhərinin müxtəlif ərazilərində dayanma və durma qaydaları pozulur. Bu hal həmçinin yolda nəqliyyat vasitələrinin hərəkətinə də mane olur.
Qaydaları pozan sürücülər isə avtomobillərinin yük yerini açıq vəziyyətdə saxlamaqla cərimədən yayınmağa çalışırlar.
Məsələn, 3-cü mikrorayon dairəsində, "20 Yanvar" metrostansiyasının yaxınlığında belə vəziyyət yaşanır.
Üzeyir Hacıbəyov küçəsində də bənzər mənzərini görmək mümkündür. Burada hətta maşının dövlət qeydiyyat nişanı görünməsin deyə avtomobilin qarşısında dayanan da var.
8-ci km bazarının yaxınlığı, eləcə də şəhərin digər küçə və prospektlərində bənzər mənzərəni görmək mümkündür.
Sürücülər əlacsız qaldığları üçün bu üsula əl atdıqlarını deyirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib.
Mərkəzin rəsmisi Rauf Mirqulamov bildirib ki, sürücülər inzibati məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Amma bu hallara yol verənlər İnzibati Xətalar Məcəlləsi ilə daha böyük məbləğdə cərimələnəcəklər.
NİİM rəsmisinin sözlərinə görə, elə ərazilər var ki, orada dayanma və durma qadağandır, amma sürücüyə müəyyən müddətlik güzəşt edilir.
Qeyd edək ki, hazırda dayanma və durma qaydalarının pozulmasına görə cərimə iyirmi və qırx manat məbləğindədir.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO










