Sakinlərin öz hesablarına çəkdiyi asfaltı dövlət qurumu dağıtdı - FOTO

Qəsəbə sakinləri öz hesablarına yola asfalt vurur, amma müxtəlif işlərin görülməsi üçün qazıntı aparan qurumlar sonra həmin yolu bərpa etmir, ya da işi aylarla, illərlə uzadırlar.
Avtosfer.az xəbər verir ki, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivi, 52-ci küçəsinin sakinləri analoji problemlə üzləşib. Belə ki, üç il əvvəl sakinlərin hesabına asfaltlanan yolun yeni su xətlərinin çəkilişi üçün qazıldığı, amma bir neçə aydır bərpa edilmədiyi deyilir.
Eyni işlər 50 və 51-ci küçələrdə də aparılıb və yollar hələlik bərpa edilməyib.
“Azərsu” ASC-dən bildiriblər ki, yağmurlu hava şəraitinə görə torpağın qurumasını gözləyirlər və bu həftə ərzində yolların bərpası nəzərdə tutulur.
Bu yerdə sual yaranır, su-kanalizasiya xətlərinin çəkilişini, məsələn, yay mövsümünə planlaşdırmaq olmaz? Yolların palçığa bürünəcəyi, insanların əziyyət çəkəcəyi əvvəlcədən nəzərə alına bilərdi.
Fərid
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













