Salyan yolunda dəhşətli qəza - 3 qadın öldü, 3 nəfər isə yaralandı - FOTOLAR

Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2020-ci il təvəllüdlü azyaşlı Bayxan Bağırov da qaldırıldığı xəstəxanada dünyasını dəyişib.
***
Bakı-Salyan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları əraziyə cəlb edilib.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə yerləşdirilib. Hazırda Reanimasiya şöbəsində 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir), Təcili tibbi yardım şöbəsində 1 nəfərin (vəziyyəti orta ağır qiymətləndirilir) müalicəsi davam etdirilir.
***
Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR















