"Səhv düşəndə yerimiz" və ya şüursuz kimdir? - FOTO

Mərhum şairimiz Qabilin bu misralarını elə-belə xatırlamadım. Bəzən elə hadisələrlə rastlaşırıq ki, ən gözəl ifadə tərzi elə bu misradır. Qurani-Kərimdə buyrulur ki, bəzi insanlar mələkdən də üstün, bəziləri isə heyvandan da aşağı ola bilir. Qeyd edək ki, mələklərin günahsız və qüsursuz olduğuna inanılır.
Bu gün səhər sosial şəbəkələrdə qarşıma çıxan mənzərə məni bu sətirləri yazmağa vadar etdi. Deməli 28 May qəsəbəsində magistral yolun üzərində səliqəli bir piyada keçidi var. Bu da qarşı tərəfə təhlükəsiz şəkildə keçmək üçün tikilib. Təbii ki, normal insan öz təhlükəsizliyini düşünərək piyada keçidindən istifadə edər. Amma bəzən ölümə tələsənlər piyada keçidinin 100-200 metrliyindən yolu keçməyə cəhd edirlər. Gördüyüm foto isə tamamilə fərqli bir mənzərədir. İt yuxarıda piyada keçidindən istifadə edərək yolu keçir. İki nəfər isə düz keçidin altından qarşı tərəfə qaçaraq keçməyə cəhd edirlər. İndi bu mənzərəyə nə deyək? Hansı adı qoyaq ki, uyğun olsun? Şüursuz dediyimiz heyvan, şüurlu hesab etdiyimiz insan?
Mən çətinlik çəkdim, bəlkə siz kömək edəsiniz.
Orxan Əli
Avtosfer.az saytının redaktoru
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO










