Səkidə avtomobil park edən sürücü insanları təhlükəyə atdı - FOTO

Avtomobilini piyada səkisində park edən sürücü insanları nəqliyyat vasitələri ilə üz-üzə qoydu. Avtosfer.az xəbər verir ki, hadisə dünən (13 mart), saat 18:05 radələrində Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində qeydə alınıb. Saytımızın kamerasından yan keçməyən görüntüdən bəlli olduğu kimi 10-XT-768 dövlət nömrə nişanlı, “Mitsubishi” markasına məxsus “Land Runner” modelin sahibi mövcud səkinin piyadalar üçün nəzərdə tutulduğunu bildiyi halda avtomobilini həmin hissəyə parklayıb. Birbaşa maşın yoluna baxan səkinin “məşğul olması” oradan keçən insanların hərəkətini çətinləşdirib. Həmin zaman yolun tıxac olduğunu nəzərə alsaq bu hal ikiqat təhlükəli vəziyyətin yaranmasına zəmin yaradıb.
Mövcud durumdan bixəbər olan, yaxud “alışan” sürücünün nəzərinə çatdıraq ki, səki - piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir. Bu səbəbdən nəqliyyat vasitələri yalnız onların durması üçün ayrılmış, müəyyən edilmiş qaydada işarələnmiş parklanma yerlərində saxlanılmalıdır. Hətta səkilərin kənarında durmağa icazə verilən hallarda belə, piyadaların hərəkətinə mane olmamaq tələbi qoyulub. Avtomobilini evinin, iş yerinin yaxınlığında saxlamaq istəyən sürücülər belə başa düşməlidir ki, bu hal səki ilə gedə bilməyən piyadaların hərəkətlərini avtomobil yoluna düşərək davam etməsinə səbəb olur. Bu isə nəinki piyada üçün həyati təhlükə yaradır, eyni zamanda sürücünün diqqətinin yayınması və qəza şəraitinin yaranmasına gətirib çıxarır.
Qeyd edək ki, mövcud proses “Yol Hərəkəti Haqqında” Qanunun 52-ci maddəsi “Dayanma və durma” qaydaları ilə nizamlanır.
Nərmin Əkbər
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR











