Səkiləri öz məqsədləri üçün istifadə edən köşk sahibləri - FOTO

Bu köşklər onları işlədən şəxslərə necə sərf edirsə, elə də yerləşdirilir. Gah üzü yol tərəfə, gah əksinə, gah da sağa və sola çevrilir.
Avtosfer.az-ın məlumatına görə, saytın qaynar xəttinə şikayət ünvanlayan vətəndaş iddia edir ki, bu köşklər obyektlərin yerləşdirilməsi tələblərə uyğun deyil. Heydər Əliyev prospekti və Ağa Nemətulla küçəsinin kəsişməsində çəkilən görüntüdə köşk düzgün yerləşdirilmədiyindən piyadalara mane olur. Səkidə maşınların saxlanılması da bir başqa problem. Digər görüntülər isə Füzuli küçəsində çəkilib. Köşk sahibi səkiyə soyuducular yerləşdirərək piyadaların yolunu bağlayıb.
Qeyd edək ki, son zamanlar köşk sahiblərinin məsuliyyətsiz və qanundankənar hərəkətləri tez-tez müşahidə olunan haldır. Bununla bağlı mütamadi xəbərlərin yayılmasına baxmayaraq, sahibkarlar öz əməllərindən geri qalmırlar. Bu da, piyadaların birbaşa təhlükə ilə üz-üzə qalmalarına səbəb olur.
Nurlan
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO













