Sərnişin gəldiyi avtobusun altında qalıb öldü - FOTO

İzmirdən İstanbula gələn qadın sərnişin Alibeyköy avtoparkında onu gətirən avtobusun altında qalaraq dünyasını dəyişib.
Avtosfer.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Alibeyköy avtovağzalında baş verib.
İddiaya görə, İzmirdən İstanbula gedən qadın avtovağzalda saatlarla yol gəldiyi avtobusdan düşüb.

Sərnişinlər düşdükdən sonra avtobus sürücüsü dayanacaqdan çıxmaq üçün geri manevr edərkən avtobusun arxasında olan naməlum qadını vurub. Zərbənin təsirindən avtobusun altında qalan qadın əzilib və dəhşətli şəkildə ölüb.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Tibb işçiləri avtobusun altında qalan qadının həyatını itirdiyini müəyyən edib. Qadının cəsədi aparılan müayinələrdən sonra Məhkəmə Tibb Morquna aparılıb.
Qəza törədən avtobus sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Lent.az
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO












