“İlin avtomobili, krossoveri və pikapı” müsabiqəsinin finalçıları məlum olub - FOTO

Şimali Amerikada “İlin avtomobili, krossoveri və pikapı” (North American Car, Utility and Truck of the Year - NACTOY) müsabiqəsinin finalında mübarizə aparacaq doqquz namizədin adı açıqlanıb. Ekspertlərdən ibarət olan münsiflər heyəti avtomobillərin dizaynını, təhlükəsizliyini, dinamikasını, texnologiyasını və dəyərini qiymətləndirərək 47 model arasından doqquz finalçını seçib.
Müsabiqənin tarixində ilk dəfə olaraq “İlin ən yaxşı krossoveri” kateqoriyasında yalnız elektromobillər iştirak edir – bunlar Kia EV6, Genesis GV60 və Cadillac Lyriq modelləridir.


Minik avtomobillərinə gəlincə, bu kateqoriyada 2023 model ilinin Acura Integra, Genesis Electrified G80 və Nissan Z modelləri qələbə üğrunda mübarizə aparacaqlar. “AutoEvolution” nəşrinin bildirdiyinə görə, faktiki olaraq mübarizə iki model - Integra və Nissan Z arasında gedəcəkdir. Nəşr, Electrified G80 modelinin yüksək qiymət və 454 kilometrlik təvazökar yürüş ehtiyatı ucbatından şansının olmadığını bildirib.


“Ən yaxşı pikap” kateqoriyasında Chevrolet Silverado ZR2, Ford F-150 Lightning və Lordstown Endurance modelləri yarışacaqlar Bununala belə, jurnalistlər sonuncunu modelin şanslarnın olmadığıni bildiriblər. Onlar layihənin uğurlu olmadığını, böyük istehsal xərclərinin və “çoxlu sayda saxta ilkin sifarişlərin” olduğunu qeyd ediblər. Beləliklə, yüksək ehtimalla, qələbə üçün yalnız iki namizəd var - Silverado ZR2 və F-150 Lightning elektrik pikapı.


2021-ci ildə Şimali Amerikada İlin avtomobili, Krossoveri və Pikapı müsabiqəsinin qalibi yeddinci nəsil Hyundai Elantra modeli, Ford Mustang Mach-E elektrik krossoveri və F-150 pikapı olub.
autograph.az
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










