Sonuncu “Bugatti Centodieci” müştəriyə təhvil verildi - FOTO
Avtosfer Foto
20 Dekabr 2022 23:00
Oxunub 1452
“Bugatti” şirkəti “Centodieci” modelindən olan sonuncu avtomobili müştəriyə təhvil verib.
Avtosfer.az xəbər verir ki, ağ rəngli avtomobilin salonu açıq mavi rəngli dəri ilə işlənib. Şirkət bundan sonra əsas diqqəti “Chiron” modellərinin hazırlanıb müştərilərə çatdırılmasına yönəldəcək.
Texniki parametrlərə gəlincə, 2019-cu ildə təqdim edilmiş Bugatti Centodieci 16 silindrli 1600 at gücündə mühərriklə təchiz edilib. Maksimal sürəti 380 km/saat olan avtomobilin satış qiyməti 8 milyon avrodur.
Vüqar
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR