Sovet rəhbərinin qaraçıya qismət olan maşını - FOTOLAR

Yəqin yaşlı nəsil Andropovu xatırlayır. Brejnevdən sonra sovet rəhbərliyinə gələn keşmiş KQB sədrinin ilk işi intizam yaratmaq oldu. Teatrda, bazarda, hətta hamamda insanları tutaraq niyə işdə olmadığı soruşulur, insanların şəkli çəkilib satirik jurnallarda yayılırdı.
Lakin sovet adamlarının yadında Andropov həm də arağın ucuzlaşması ilə yadda qaldı. Bu səbəbdən sovet adamları həmin dövrdə populyar olan 0,5 litrlik arağa “andropovka” adı verdilər.
Bəli, Andropov barədə 2 abzaslıq “likbez”dən sonra keçək birbaşa mətləbə.

Avtosfer.az xəbər xəbər verir ki, Brejnevdən fərqli olaraq Andropov avtomobil və dəbdəbə həvəskarı deyildi. Lakin onun ixtiyarında ZİL və yeni model Çayka (QAZ-14) vardı. Qorbaçov vaxtında imtiyazlarla mübarizə çərçivəsində onun avtomobilləri də dağıdılır və ya hansısa təşkilata verilir. Andropovun KQB sədri ikən istifadə etdiyi Çaykalardan birini yenidənqurma zamanı moldovalı qaraçı baronu Artur Çerar alır. Ona həmin vaxt başqa bir Çayka da almaq nəsib olur.
“Bu maşınları mən 1988-1989-cu illərdə almışam. Həmin vaxt elitar avtomobil sayılırdı. Maşınlar möhtəşəmdir. 180 km/saat sürətlə heç nə hiss olunmur”- deyir Çerar.
Elə ikinci avtomobil də nə vaxtsa Mərkəzi Komitənin qarajında olub.

Hazırda hər 2 avtomobil məşhur baronun həyətində zamana müqavimət göstərir. Açıq havada qalan avtomobillər istismara yararsız vəziyyətə gəlib. Avtomobilin alın şüşəsindəki deşiyə gəlincə: baronun qızı şüşənin zirehli olub-olmadığını yoxlamaq üçün onun üstünə yüksəklikdən diyircək atıb. O da şüşəni deşərək salona keçib.
Hazırda yaşlanmış Artur Çerar avtomobilləri restavrasiya etdirmək istəyir. Bu vəziyyətdə belə avtomobillər kifayət qədər baha qiymətə satıla bilər. Cəmi 1200 ədəd istehsal edilmiş QAZ-14-ün Rusiyada qiyməti 30-150 min dollar arası dəyişir.
Vüqar Yaşaroğlu

"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR














