Reklam

SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri - FOTO

Avtosfer Foto 31 Yanvar 2024 16:29 Oxunub 736
SSRİ-də vətəndaşları şoka salan milis “Mersedes”ləri  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün “Rolls-Royce”ların polis maşını kimi istifadə olunduğunu görmək nə qədər təəccüb yaradarsa, bir vaxtlar sovet milisini “alman əfsanəsi” “Mercedes-Benz”də görmək bir o qədər heyrət doğurmuşdu.

Avtosfer.az bildirir ki, təmtəraq və lüksdən uzaq həyat tərzinin təbliğ olunduğu 70-lərdə sovet milisi sarı və mavi zolaqlı “Mercedes”də xidmət aparırdı. Ola bilsin ki, avtomobil Moskvada keçirilən beynəlxalq “Krimtexnika-74” sərgisindən qalmışdı və ya Qərb firmaları ondan daha əvvəl ölkəyə bir neçə avtomobil gətirmişdilər. Amma o da bəllidir ki, ABŞ istehsalı olan “Ford Galaxy” Moskvada bu tarixdən daha əvvəl peyda olmuşdu.

Bəyaz rəngli bu “inomarka” görənləri özünə heyran qoyurdu. Söhbət gəzirdi ki, avtomobil amerikalıların SSRİ-yə hədiyyəsidir…

70-ci illər milisinin sərəncamında alman avtomobillərindən BMW də vardı. Bu avtomobillər təbii ki, sıradan “QAİ” postlarında dayanmırdılar. Onları əsasən, məşhur Leninski prospekti ilə Vnukovo hava limanına və ya Leninqradka ilə Zavidovaya – Baş katib Brejnevin bağ evinə doğru şütüyərkən görmək olurdu. Özü də hökumət kortejlərinin müşayiətində…

Alman mühəndislərinin şöhrətinə şöhrət qatan “Mersedes”lərin Moskvada da xüsusi çəkisi vardı. Onlar bir qayda olaraq, Leninski prospekti, Dimitrova küçəsi, “Bolşoy Kamennı” körpüsü ilə üzü Kremlə gedən fəxri xarici qonaqların avtomobillərini müşayiət edirdilər.

Sovet milisində “Mersedes”lərin sayı “Olimpiada-80” ərəfəsi artmağa başladı. Belə söhbət gəzirdi ki, alış zamanı bu avtomobillərdən Sovet liderləri və onların övladlarına da pay çatıb. Milislərə yuxarıda adı çəkilən markalardan da başqa xarici avtomobillər də ayrılmışdı. Məsələn, “Dodge Tradesman”, İsveç markası olan “Volvo 264”, Fransa istehsallı “Renault”lar, hətta “Porsche 911”lər də polisin xidmətində idi.

Deyilənlərə görə, bu avtomobillərin əksəriyyəti Moskvada keçirilən müxtəlif beynəlxalq sərgilərdən sonra milisin bazasına yeganə nümunələr kimi daxil olub. Məşhur “yenidənqurma dövrü”ndə isə paytaxtda ABŞ istehsalı olan milis avtomobilləri – “Ford Crown Victoria”, həmçinin “Chevrolet”in populyar modelləri olan “Caprice”, “Cavalier”, zamanla isə bir çox başqa xarici avtomobillər görünməyə başladı…

 

Azpost.info

ŞƏRH YAZ
Ad

E-mail

Şərh