Sürücülərin işini asanlaşdıran yeni nişan var: Amma tətbiq olunmur - FOTO

“Yol hərəkəti haqqında” qanun layihəsinə edilən son dəyişikliklərdən sonra yeni 5.53 (daimi sağa) yol nişanı əlavə edildi. Avtosfer.az xəbər verir ki, bu nişanın svetoforla nizamlanan yolayrıclarında tətbiq edilməsi nəzərdə tutulub. Lakin təcrübədə hələ ki, rast gəlmək olmur.
Bu nişan əsasən svetoforun əlavə bölməsinə ehtiyac olan yolayrıclarında quraşdırılması üçün nəzərdə tutulub. Belə yolayrıclar da kifayət qədərdir. Misal kimi paytaxtın Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsiməsini gətirmək olar. Nazim Hikmət küçəsindən (Musabəyov dairəsindən) sağa - Mətbuat prospekti istiqamətinə dönən sürücülər svetoforun yaşıl işığının yanmasını gözləyirlər. Bu isə sürücülərin müəyyən qədər vaxt itirməsinə və sıxlığın yaranmasına səbəb olur. Lakin həmin kəsişmədə 5.53 nişanı tətbiq olunarsa sürücülər soldan – Həsən bəy Zərdabi küçəsindən gələnlərə yol verməklə sağa dönüb rahat hərəkət edə bilərlər. Bunun kimi digər zərurət olan küçələrdə də həmin nişan tətbiq edilə bilər.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan səlahiyyətli qurumlar yaddan çıxmış bu nişanın tətbiqinə tez bir zamanda başlayacaq.
Nərminə Əli
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR












