Sürücülük hüququ olmayan narkoman sürücü SAXLANILDI - FOTO

Şəmkirdə sürücülük hüququ olmadan narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub
Avtosfer.az xəbər verir ki, Şəmkir RPŞ-nin DYP bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, Etibar Cəfərov idarə etdiyi “VAZ 21011” markalı, 57-BP-246 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə svetoforun qadağan işarəsi verilərkən hərəkətini davam etdirdiyi üçün yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı məlum olub və onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Cəfərovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
E.Cəfərovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Cəfərov inzibati qaydada həbs edilib.
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO











