Şüurlu surətdə qayda pozma belə olur - FOTO

Paytaxtın Xətai rayonuna vaxtaşırı yolum düşdüyü üçün burda baş verən qeyri-münasib halların da canlı şahidi oluram.
Bu rayonun Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrində parklama qaydalarının pozulması bəzi sürücülər üçün normaya çevrilib desək yalan olmaz. Elə bu “Mercedes” mikroavtobusun sürücüsü kimi.
99 ZM 276 markalı mikroavtobus mayın 26-da axşam saatlarından Nəcəfqulu Rəfiyev küçəsində, FHN-in qarşısında park etmişdi. 27 may saat 09.10 radələrində ordana keçərkən maşın yerindən tərpənməmişdi.
Süleyman Vəzirov küçəsindəki piyada keçidində park edən “Mazda”nın sürücüsü də qanuna və piyadalara hörmət baxımından “Mercedes” sürücüsündən çox da fərqlənmir. Qabaq hissəsi vurulmuş bu avtomobili sürücü azı 2 gündür piyada keçidinin üstünə atıb gedib. Bu foto 27 may saat 09.15-də çəkilsə də, əslində maşın 2 gündür oradan tərpənmir.
Qədim latın ifadəsində deyilir ki, “errare humanum est, perseverare diabolicum”, yəni səhv etmək insandan, səhvində israr etmək isə şeytandandır. Bir dəfə edilən səhvə göz yummaq olar, bəs dəfələrlə, şüurlu surətdə edilən əmələ necə?
Başqa bir ifadədə deyilir ki, “ignorantia non est argumentum”. Azərbaycan qanunvericiliyində bu ifadənin dəqiq tərcüməsi mövcuddur: “Qanunu bilməmək məsuliyyətdən azad etmir”. AR Konstitusiyası, maddə 72, bənd 3.
PS. Maraqlıdır ki, gecə saatlarında N.Rəfiyev küçəsindəki piyada keçidlərinin üzərində avtomopbil park etmək bir növ vərdiş halını alıb. bu cür qayda pozuntusuna demək olar hər həftə rast gəlinir.
Vüqar
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO













