Uşağından qocasına qədər hər kəsin velosipeddən istifadə etdiyi kənd - FOTO

Balakənin ucqar İtitala kəndində ölkəmizdə olmayan bir ənənə mövcuddur. Bu kənddə elə ev, elə insan tapılmaz ki, onun bir velosipedi olmasın.
Avtosfer.az xəbər verir ki, bu kənddə xüsusən şagirdlər məktəbə velosipedlə gedib-gəlir.
Sakinlərin də əsas nəqliyyat vasitəsi velosipeddir. Maraqlısı budur ki, kənddə velosipedə olan maraq və tələbat günü-gündən artır.
Təxminən üç il əvvəl bu kəndin yollarında demək olar ki, velosiped sürən görmək mümkün deyildi. Hamı bir qayda olaraq avtomobilə üstünlük verirdi. İndi isə kənddə 7-dən 77-yə qədər hər kəs velosipeddən istifadə edir.
Kənddə fəaliyyət göstərən “Nənələr” folklor qrupunun rəhbəri Qızılgül Muradova da belə insanlardan biridi. Ondan velosipedini saxlayıb, bizimlə həmsöhbət olmasını xahiş edirik. Deyir ki, həyat yoldaşı evdə olmayanda əkin sahəsinə, mədəniyyət evinə velosipedlə gedib-gəlir. Bu həm vaxta qənaətdir, həm də pula. Sağlamlığa müsbət təsirlərini isə saymaqla qurtarmaz.
Məktəbdə velosiped parkı
Kənd tam orta məktəbin həyətinin giriş hissəsində velosiped parkı yaradılıb. Buradakı səliqə-səhman, nizam-intizamdan hiss olunur ki, hər kəs öz velosipedini saxlayacaq yeri yaxşı bilir və heç kim bir-birinə mane olmur.
Şagirdlərlə dı həmsöhbət oluruq. Diqqətimizi bir maraqlı məqam çəkir. Velosipedə əyləşməzdən öncə istər oğlan olsun, istərsə də qız, hər bir şagird öz minik vasitəsini nəzərdən keçirir. Sən demə, bu, məktəb rəhbərliyinin şagirdlərə ciddi tapşırığı və tövsiyəsinin nəticəsidir. 7-ci sinif şagirdi Leyla Həsənova bildirir ki, lap kiçik yaşlarından velosiped sürür və dərsə gedib-gəlməkdə çətinlik çəkmir. Əksinə velosiped onun üçün həm də idmandır.
Digər bir məktəbli, 6-cı sinif şagirdi Cahid Ramazanlı isə dərslərində əlaçı olmaqla yanaşı, həm də idmanla məşğul olur. Deyir ki, onun idmana həvəsi velosipeddən başlayıb. Cahid hətta rayonda təşkil edilən velosiped yarışlarının qaliblərindəndir.
Uşaqlıqdan aşılanan ənənə
Şəhid Aslan Balayev adına kənd tam orta məktəbin direktoru Məhəmməd Mustafayev bildirir ki, şagirdlər arasında velosiped sürmək ənənəsini aşılayan özü olub. Təvazökarlıq edib bu barədə danışmaq istəməsə də, direktor bir faktı diqqətə çatdırır ki, 5 ilə yaxındır məktəbdə səhərlər dərsə gecikmə halları olmur.
Bu kənddə velosipedə maraq uşaqlara lap körpəlikdən aşılanır. Bağçaya gedən uşaqlar isə skuterlərdən istifadə edirlər.
Məktəb direktorunun sözlərinə görə Azərbaycan Velosiped Federasiyası məktəblilərin velosipedə olan marağını nəzərə alıb və onlar üçün kənddə dayanacaqlar quraşdırıb. Hətta dərs əlaçısına və maddi imkanı olmayan şagirdlərə velosiped də hədiyyə edilib.
Bizim.Media




Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO











