Xətaidə Suriya küçələrini xatırladan yol nə zaman düzələcək - AÇIQLAMA - FOTO

Xətai rayonu kənd Əhmədli adlanan ərazinin Babək prospekti tərəfdən girişindəki bu yola elə bil raket zərbəsi endirilib. Təxminən 1 il əvvəl gündəmdə olan məsələ ilə bağlı, Bakı Şəhəri Xətai rayon İcra Hakimiyyəti tədbir görüləcəyini bildirsə də, vəziyyət dəyişməyib.
Avtosfer.az xəbər verir ki, təqdim edilən şəkil bu gün səhər çəkilib. Fotonu göndərən izləyicinin sözlərinə görə, vəziyyət gündüz vaxtı lap "biabırçı" olur. Yol boyu qarajlarda avtomobil təmiri işləri aparılır, xarab və yararsız maşınlar saxlanılır, yol keçilməz hala düşür.
Bu yol niyə tullantı poliqonuna çevrilməlidir? Qarajlardan niyə təyinatına görə istifadə edilmir?
Xətai rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Avtosfer.az-a, problemlə bağlı tədbirlərin görülməyə başlandığını bildirib: "Adıçəkilən ərazi artıq bir neçə gündür ki, nəzarətimizdədir. İcra Hakimiyyəti tərəfindən ərazidə yerləşən obyekt sahiblərinə xəbərdarlıq edilib. Ən yaxın zamanda ərazidə abadlıq işləri aparılacaq və vətəndaşlar üçün yeni asfalt yol çəkiləcək".
Nurlan Sakitoğlu
Bakıda "BMW-X5" "Hyundai"la toqquşub klinikaya çırpıldı - FOTOLAR
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO













